“Mahsa Amini” həştəqi tvitter tarixinin rekordunu qırdı

   “Mahsa Amini” həştəqi tvitter tarixinin rekordunu qırdı
  25 Sentyabr 2022    Oxunub:1185
İranda "Əxlaq" polisi tərəfindən hicaba görə döyüldükdən sonra komaya salınaraq qətlə yetirilən 22 yaşlı Məhsa Əmininin adı ilə bağlı həştəq Tvitter tarixinin rekordunu qıra bilib.
“Vagtesobh” saytının məlumatına görə, #mahsaamini həştəqi 70 milyondan çox istifadəçi tərəfindən yazılıb və gələn il də öz mövqeyini qoruyacağı gözlənilir. Çünki, bu rekord İranda tvitterə girişin bloklandığı bir vaxtda qırılıb və ictimai baxımdan çox böyük əhəmiyyətə malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti