Qırğızıstan və Tacikistan sənəd imzaladılar

   Qırğızıstan və Tacikistan sənəd imzaladılar
  25 Sentyabr 2022    Oxunub:710
Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbərləri sərhəddə vəziyyətin nizamlanması üçün danışıqlar aparıblar. Bu barədə bazar günü jurnalistlərə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib.
Taşiyev qeyd edib ki, Tacikistan tərəfi ilə münaqişəyə və onun nəticələrinə son qoyulması ilə bağlı protokol imzalanıb.

“Ümid edirəm ki, protokolun bütün bəndləri yerinə yetiriləcək, qırğız və tacik torpaqlarına sülh və əmin-amanlıq gələcək”,-deyə o bildirib.

Qırğızıstan-Tacikistan sərhədində silahlı münaqişə sentyabrın 14-də başlayıb.Tərəflər bir-birini silahlı təcavüzdə ittiham ediblər.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, silahlı toqquşmalar nəticəsində 62 nəfər həlak olub, 198 nəfər yaralanıb. Ölkə hakimiyyətinin məlumatına görə, münaqişə zonasından 142 mindən çox vətəndaş təxliyə edilib.

Respublikanın Fövqəladə Hallar Nazirliyi bildirir ki, Batken vilayətində ilkin məlumatlara görə, minə yaxın obyekt, o cümlədən 613 yaşayış binası dağıdılıb və ya yanıb. Zərərçəkənlər üçün 3,1 milyon dollardan çox vəsait toplanıb.

Hazırda Qırğızıstan və Tacikistan atəşkəs və qüvvələrin çıxarılması ilə bağlı razılaşmalara əməl edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti