Naməlum şəxslər İranın səfirliyinə “molotov kokteyli” atdılar

   Naməlum şəxslər İranın səfirliyinə “molotov kokteyli” atdılar
  25 Sentyabr 2022    Oxunub:637
Naməlum şəxslər İranın Afinadakı səfirliyinin divarına "molotov kokteyli" atıblar. Hadisə nəticəsində heç kim xəsarət almayıb, hətta maddi ziyan da olmayıb. Bu barədə bazar günü Afina Makedoniya Xəbər Agentliyi polisə istinadən məlumat yayıb.
Yunanıstan polisinin məlumatına görə, gecə saat 01:00 radələrində üzləri dəsmal ilə örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə gəlib və səfirliyin divarına "molotov kokteyli" atıb.

Hələlik heç kim bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Şənbə günü günortadan sonra təxminən 200 nəfər Afinanın mərkəzi Sintaqma meydanına toplaşaraq 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranın etirazları yatırtması əleyhinə çıxıblar.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti