Almaniyada idman təyyarələri toqquşdu, pilotlar öldü

Almaniyada idman təyyarələri toqquşdu,    pilotlar öldü
  25 Sentyabr 2022    Oxunub:558
Almaniyanın Gera şəhərinin kənarında şənbə günü axşam iki təyyarənin toqquşması nəticəsində iki pilot ölüb. Bu barədə MDR məlumat yayıb.
Yanğınsöndürmə briqadasının nümayəndəsinin sözlərinə görə, pilotlar Leumnit aerodromunun yaxınlığında havada toqquşublar. Daha sonra toqquşan təyyarələr açıq əraziyə düşüblər. Başqa ölən və yaralanan olmayıb. Aerodromun yaxınlığında qəza yerinin ətrafı mühasirəyə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti