Qazaxıstan sərhədçiləri səfərbərlikdən yayınan rusları saxladılar - FOTOLAR

   Qazaxıstan sərhədçiləri səfərbərlikdən yayınan rusları saxladılar -     FOTOLAR
  25 Sentyabr 2022    Oxunub:782
Bu gün Qazaxıstanda sərhədi qanunsuz keçməyə cəhd edən 3 rusiyalı saxlanılıb. Saxlanılanların sözlərinə görə, onlar Rusiyadakı səfərbərlikdən yayınmaq istəyiblər. Bu barədə Qazaxıstan sərhəd xidmətinin bəyanatında deyilir.
“Saxlanılan şəxslərlə bağlı əlavə dindirmə tədbirləri davam etdirilir, nəticədə həmin şəxslər Rusiya tərəfinə təhvil veriləcək”, - məlumatda bildirilir.

Qazaxıstan qismən səfərbərlik elan edildikdən sonra Rusiyanı tərk etmək istəyən Rusiya vətəndaşlarına daimi yaşayış icazəsi verməmək qərarına gəlib.







Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti