Şolts: Ukraynaya tank göndərmək təhlükəlidir

      Şolts:    Ukraynaya tank göndərmək təhlükəlidir
  25 Sentyabr 2022    Oxunub:674
"Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər".
Bunu “The New York Times” qəzetinə müsahibəsində Almaniya kansleri Olaf Şolts deyib.

“Bu, çox təhlükəli müharibədir”, - deyə o, Kiyevin israrla tələb etdiyi Almaniyanın Ukraynaya niyə tank göndərmədiyi sualına cavab verib.

“Biz Ukraynanı dəstəkləyirik. Biz bunu eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olar”, - kansler izah edib.

Şahanə Rəhimli

AzVision.az



Teqlər:





Xəbər lenti