İran kinorejissorları açıq məktub yazdılar

   İran kinorejissorları açıq məktub yazdılar
  25 Sentyabr 2022    Oxunub:775
İran kinorejissorları bu sahədəki həmkarlarına açıq məktub yazaraq, İran xalqının hüquqlarının müdafiəsində onlara dəstək olmalarını xahiş ediblər. Bu barədə "Qazeta" məlumat yayıb.
“Cəsur iranlılar artıq bir həftədir ki, “qadın, həyat, azadlıq” şüarları ilə ölkə boyu küçələrə çıxırlar Onlar despotik qüvvələrin davamlı və qəddar hücumları ilə üzləşirlər”.

Məktubda qeyd olunur ki, hökumət 2019-cu ildən bəri ilk dəfə olaraq xalqın səsini boğmaq məqsədilə internetə çıxışı məhdudlaşdırıb.

“Biz dünyanın hər bir kinorejissoruna müraciət edirik. İran xalqı ilə həmrəyliyiniz bütün dünyada müharibə qızışdıranlara bir siqnaldır”, - məktubda deyilir.

Məktubu iranlı rəssam Şirin Neşat, aktrisalar Zara Əmir Ebrahimi və Peqa Ahanqarani, rejissor Bəhmən Qobadi, Əbdülreza Kahani və başqaları imzalayıb.

Artıq Avropa Kino Akademiyası kino xadimlərinin müraciətinə cavab verib, etirazçılara tam dəstəyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti