ABŞ Ukraynaya sovet tankları göndərəcək

ABŞ Ukraynaya sovet tankları göndərəcək
  25 Sentyabr 2022    Oxunub:913
ABŞ NATO ölkələrindən Ukraynaya Sovet istehsalı olan tankların tədarükünə kömək etməyə davam edəcək. Bu barədə Ağ Ev məlumat yayıb.
Bir gün əvvəl Military Watch yazıb ki, NATO-nun T-72 tankları tükəndiyi üçün Ukrayna Sovet T-55A bazasında hazırlanmış Sloveniya M-55S tanklarını alacaq.

Qeyd olunub ki, Sloveniya və Almaniya bu tip tankların Kiyevə verilməsi barədə razılığa gəliblər. Sloveniya da öz növbəsində kompensasiya olaraq alman daşıyıcılarını və yük maşınlarını alacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti