"Putin taktiki nüvə silahından istifadə edə bilər" - New York Times

   "Putin taktiki nüvə silahından istifadə edə bilər" -    New York Times
  26 Sentyabr 2022    Oxunub:714
Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə edə bilər. Lakin hələlik onun bu silahları harasa daşımasına və ya belə bir zərbə endirməyə hazırlaşdığına dair heç bir sübut yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşr qeyd edir ki, ABŞ administrasiyası nümayəndələrinin fikrincə, Putin Qara dəniz, Şimal buzlu okeanı və ya Ukrayna ərazisində nüvə silahından istifadə edə bilər.

Putindən xəbərdarlıq: “Nüvə silahından istifadə edəcəyik”
Ekspertlər hesab edirlər ki, Qərbin, eləcə də Moskvanın Çin və Hindistan kimi müttəfiqlərinin reaksiyasını nəzərə alsaq, Rusiya prezidentinin belə qərar verəcəyi ehtimalı azdır. Sonuncular Rusiya rəhbərinin nüvə silahından istifadəyə dair ən sərt tənqidlərini səsləndiriblər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də nüvə silahından danışarkən, ölkəsinin ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə, bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib. O burada xüsusən nüvə silahından istifadəni əsas variant kimi səsləndirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Nüvə   Ukrayna  





Xəbər lenti