Bakıda avtobus qəzası: 6 nəfər yaralanıb

Bakıda avtobus qəzası: 6 nəfər yaralanıb
  05 May 2014    Oxunub:1096
Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

“Nissan” markalı avtomobillə 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlər 1977-ci il təvəllüdlü Mehmet Yusif, 1947-ci il təvəllüdlü Mustafa Ramazanov, 1973-cü il təvəllüdlü Engin Şenor, 1990-cı il təvəllüdlü Vüqar Məhərrəmov, 1991-ci il təvəllüdlü Firuz Bayramov, 1992-ci il təvəllüdlü Mirzə Rzayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Teqlər:





Xəbər lenti