İsveçdəki seçkilərdə bir neçə soydaşımız qələbə qazanıb

İsveçdəki seçkilərdə bir neçə soydaşımız qələbə qazanıb
  26 Sentyabr 2022    Oxunub:883
Bu yaxınlarda İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız ölkə, əyalət, bələdiyyə məclislərində yer alıblar.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.

“Sosial-demokratlar partiyasında Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz partiyasından Aida Kərimli Vastara Götaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük bir nailiyyətdir. Həm də soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”, - Elnur Eltürk deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti