İjevskdə məktəbdəki atışmada ölənlərin sayı artıb - YENİLƏNİB
***
Rusiyanın İjevsk şəhərindəki məktəbdə atışma baş verən atışma nəticəsində ölənlərin sayı artıb.
AzVision.az xəbər verir ki, atşma nəticəsində 13 nəfər ölüb, daha 21 nəfər xəsarət alıb. Atəş açan şəxs isə intihar edib.
Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insidenti törədənin şəxsiyyəti məlum olub.
Bildirilir ki, sözügedən şəxs 34 yaşlı yerli sakin Artem Kazançevdir. Kazançev hadisəni törətdiyi məktəbin məzunu olub.
Hazırda hadisənin səbəbləri araşdırılır.
***
Rusiyanın İjevsk şəhərindəki məktəbində baş verən atışmada ölənlərin sayı artıb.
AzVision.azxəbər verir ki, yerli media 11 nəfərin öldüyünü, 112 nəfərin isə yaralandığını yazıb. Ölənlər şagirdlərdən səkkizinin 1-ci sinif şagirdi olduğu deyilir.
***
Rusiyada məktəbdə atışma olub. AzVision.az xəbər verir ki, İjevskin 88 saylı məktəbində naməlum şəxs insanlara atəş açıb.
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 6 nəfər ölüb, 20 nəfər yaralanıb. İlkin məlumatlara görə, hücum edən şəxs iki Makarov tapançasından atəş açıb.
Şahidlər qeyd ediblər ki, şagirdlər qaçmaq üçün pəncərədən yerə tullanıblar. Pəncərədən atlana bilməyənlər isə sinif otaqlarında barrikada quraraq gizləniblər.
Udmurtiyanın rəhbəri Breçalovun jurnalistlərə verdiyi məlumata görə, naməlum şəxs 88 saylı məktəbə daxil olarkən ilk olaraq mühafizəçini öldürüb.
- Uşaqlar arasında yaralananlar var. Təxliyyə artıq başa çatıb. Məndə olan məlumata görə, hücum edən şəxs özünü güllələyib. Məktəb mühasirəyə alınıb, hazırda Milli Qvardiya, FSB və istintaq orqanları ərazidə işləyirlər, - Udmurtiya rəhbəri deyib.
Tural Tağıyev
AzVision.az