"Ukraynadakı referendumun nəticələrini tanımayacağıq" - Çavuşoğlu

   "Ukraynadakı referendumun nəticələrini tanımayacağıq" -    Çavuşoğlu
  26 Sentyabr 2022    Oxunub:1058
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi haqqında danışıb. AzVision.az xəbər verir ki, o, yaponiyalı jurnalistlərlə görüşündə “Bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk” deyib.
"Amma həm də beynəlxalq hüququ müdafiə edirik. Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu. Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımır: Bunu hər dəfə deyirik. Donbas, Xerson kimi bölgələrin ilhaqı ilə bağlı referendum mövzusunda konkret mövqeyimizi bildirdik, narahatlığımızı ifadə etdik. Referendumun nəticələrini tanımayacağımızı söylədik”, - Türkiyə rəsmisi qeyd edib.

AzVision.az



Teqlər: Rusiya   Referendum   Türkiyə  



Xəbər lenti