Rusiya Ermənistandakı qırıcılarını havaya qaldırdı

   Rusiya Ermənistandakı qırıcılarını havaya qaldırdı
  26 Sentyabr 2022    Oxunub:801
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əməliyyat-taktiki və ordu aviasiyasının ekipajları aviasiya və helikopterlərin şərti olaraq alternativ aerodromlara köçürülməsini həyata keçirib.
AzVision.az xəbər verir ki, Cənub Hərbi Dairənin mətbuat xidmətinin yaydığı məlumata görə, aviabazanın pilotları tək, cüt, bölmələr və eskadronun tərkibində 250-1,5 min metr yüksəklikdə müxtəlif uçuş sürətlərində xüsusi uçuş tapşırıqlarını yerinə yetiriblər. Uçuşlar o cümlədən Alagöz dağının üzərində reallaşıb.

Həmçinin, yay təlimi dövrünə aid bu nəzarət-yoxlama tədbirlərinə hazırlığında Cənub Hərbi Dairəsinin aviabazasının, uçuşu idarəetmə qruplarının, habelə uçuş növbəsini təmin edən bölmələrin mühəndis-texniki heyətinin işi yoxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan   Təlim  





Xəbər lenti