Putin səfərbərlikdən yayınanlara: "Qoy qaçsınlar!"

      Putin səfərbərlikdən yayınanlara:    "Qoy qaçsınlar!"
  26 Sentyabr 2022    Oxunub:994
Rusiya Prezidenti Vladimir Putin belarus həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı qismən səfərbərlikdən yayınıb ölkəni tərk edən ruslar haqqında danışıb.
Rusiya lideri ölkədən qaçanlar haqqında "Qoy qaçsınlar" - deyə münasibət bildiirb. Öz növbəsində Aleksandr Lukaşenko da qismən səfərbərliyə görə ölkəni tərk edən ruslara qarşı sakit münasibət göstərməyə çağırıb.

“Budur, kimin kim olduğu ortadadır. Bunun heç bir qəbahəti yoxdur”, - Lukaşenko bildirib.

O, əlavə edib ki, Rusiyanın 25 milyon nəfərlik səfərbərlik resursu var.

"Ölkəni tərk edən vətəndaşlar əgər qalsaydılar, “bizim adamlar” olmazdılar".

Lukaşenko həmçinin qeyd edib ki, 2020-ci ildə Belarusda baş verən etirazlar fonunda 10 minə yaxın insan da ölkəni tərk edib.

"Onların əksəriyyəti indi “geri qaytarılmasını xahiş edir”.

Xatırladaq ki, Putin və Lukaşenko sentyabrın 26-da Soçidə görüşüb. Bundan əvvəl Rusiya prezidenti belaruslu həmkarını regiondakı vəziyyəti və iqtisadiyyatı müzakirə etməyə dəvət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti