ABŞ hərbidən yayınan rusların sığınacaq müraciətlərinə fərdi qaydada baxacaq

  ABŞ hərbidən yayınan rusların sığınacaq müraciətlərinə fərdi qaydada baxacaq
  26 Sentyabr 2022    Oxunub:625
Amerika hakimiyyəti qismən səfərbərliyə görə hərbi xidmətə çağırılmamaq üçün Rusiya vətəndaşlarının bu və ya digər səbəbdən ABŞ-da sığınacaq almaq üçün mümkün müraciətlərinə fərdi qaydada baxmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

"Vətəndaşlığından asılı olmayaraq, təqiblərdən yayınmağa çalışan hər kəs ABŞ-da sığınacaq üçün müraciət edə bilər. Belə şəxslərin müraciətlərinə fərdi qaydada baxılacaq".

AzVision.az



Teqlər:





Xəbər lenti