İngiltərə kralının simvolu təqdim edilib

   İngiltərə kralının simvolu təqdim edilib
  27 Sentyabr 2022    Oxunub:1021
İngiltərə kralı III Çarlzın dövlət binalarında, dövlət sənədlərində və poçt qutularında istifadə olunacaq simvolu ictimaiyyətə açıqlanıb.
AzVision.az xəbər verir ki, simvol bir çox dizayn arasından şəxsən kral tərəfindən seçilib.

Simvol onun adının ilk hərfi olan C və Latın dilində Kral mənasını verən Rex sözünün ilk hərfini, həmçinin 3 rəqəmini ehtiva edir. Yeni monarxın simvolu Kral II Elizabetin E II R simvolunu əvəz edəcək.



Yas dövrünün başa çatması ilə Kral Çarlzın simvolundan istifadə ediləcək. Simvol bu gün Bukingem sarayının poçt otağında ilk dəfə istifadə olunacaq və kral iqamətgahlarından göndərilən məktublarda görünəcək.

Şotlandiya tacını təmsil edən simvolun ayrıca versiyası da olacaq. Lakin poçt qutuları və ictimai binalardakı simvollar dərhal dəyişməyəcək.

İngiltərədə hələ də Kraliça Viktoriya, Edvard 7, Corc 5, 6 və 7-ci George simvolları olan poçt qutularından istifadə olunur.

Hazırda 70 min poçt qutusunda Kraliça II Elizabetin simvolu var ki, bu da ümumi poçt qutularının 60 faizini təşkil edir. 1936-cı ildə taxtdan imtina edən 8-ci Edvarddan isə geriyə sadəcə 170 poçt qutusu qalıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti