Üç saatlıq görüşdə hökumət üzvləri də iştirak ediblər. Məlumata görə, xarici işlər naziri
Ararat Mirzoyandan başqa hökumətin digər üzvləri, yəni baş nazirin müavini
Mher Qriqoryan , Dövlət Nəzarəti Xidmətinin rəhbəri
Romanos Petrosyan , baş nazirin aparat rəhbəri
Arayik Arutyunyan və dövlət müəssisələrinin digər əməkdaşları yığıncağa cəlb ediliblər.
Nikol Paşinyan görüşün əvvəlində çıxış edib. Sonra ona suallar verilib. Səmimi söhbət aparılıb və Paşinyan heç nəyi gizlətməyib. O, ölkədəki mövcud vəziyyəti ətraflı şəkildə təqdim edib. Deputatların ağır durumdan narahatlığı baş nazirlə görüşdən və onun açıq sözlərindən sonra daha da artıb. İclasda hakim fraksiyanın demək olar ki, bütün deputatları iştirak ediblər.
Tural Tağıyev
AzVision.az