Erməni məktəblilər ölən əsgərlərə görə yolu bağladılar

   Erməni məktəblilər ölən əsgərlərə görə yolu bağladılar
  29 Sentyabr 2022    Oxunub:1209
Xəbər verdiyimiz kimi dünən Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə növbəti dəfə təxribata əl atıb. Nəticədə 3 erməni hərbçisi məhv edilib.
Bu gün isə Aparan şəhərində ölən əsgərlə bağlı etiraz aksiyası keçirilib. "Hraparak"ın yaydığı məlumata görə, məktəblilər Aparan şəhərində dövlətlərarası magistral yolu bağlayıblar. Onlar hakimiyyətdən dostlarını sərhəddən geri qaytarmağı tələb ediblər.

Təxribata əl atan Ermənistan ordusu 3 hərbçisini itirib
"Tələbələrdən biri bizimlə söhbətində dedi ki, dünən Cermukda baş verən toqquşma zamanı onların dostlarından biri, Aparan sakini həlak olub. Polis güc tətbiq edərək küçəni bağlayan uşaqları ərazidən uzaqlaşdırıb. Müəllimlərdən biri isə oğlunun geri qaytarılmasını tələb edib", nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti