Sərhədsiz Reportyorlar: “İranda 33 jurnalist həbsdədir”

      Sərhədsiz Reportyorlar:    “İranda 33 jurnalist həbsdədir”
  29 Sentyabr 2022    Oxunub:858
Sərhədsiz Reportyorlar Təşkilatı sentyabrın 28-də yaydığı hesabatda İranda 33 jurnalistin həbsdə olması barədə məlumat verib.
Təşkilatın hesabatında son günlər başlayan kütləvi etirazlar zamanı daha 19 jurnalistin İran hökuməti tərəfindən saxlanıldığı bildirilib.

Tutulanlar arasında iki fotojurnalist və daha 7 qadın jurnalistin olduğunu vurğulayan beynəlxalq təşkilat Tehran, Rəşt, Amol, Qəzvin və Əhvaz şəhərlərində bir neçə jurnalistin də məhkəməyə çağrıldığını qeyd edib.

Sərhədsiz Reportyorlar Təşkilatı İranı jurnalistlərə qarşı repressiyaları dərhal dayandırmağa, məhbusları azad etməyə və azad medianın məlumat əldə etməsinə icazə verməyə çağırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti