Səfərbərliyə alınan rusun ürəyi partlayıb öldü - VİDEO |
“Bəli, bu gün biz ölkəmizi müdafiə etmək üçün ən yaxşı oğlanlarımızı göndəririk. Ağır günlərdir, çətin qərarlar verilir. Ancaq məhz belə ağır zamanlar əsl kişiləri doğurur", - Xilokski rayonunun rəhbəri Konstantin Serov həmkarını yola salarkən qeyd edib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyat qoşunlarının Ukrayna ilə müharibəyə səfərbər olunduğunu elan etdi. 300 min insanın mərhələlli şəkildə qismən səfərbərliyə cəlb olunacağı gözlənilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, rusların səfərbərliyindən sonra gələn hərbi komandanlıq onları hazırlıqsız təmas xəttindəki bölmələrə göndərir.
Tural Tağıyev
AzVision.az