“Şimal axını”nda qəzalar ABŞ-ın nəzarət etdiyi ərazidə baş verib - Zaxarova

   “Şimal axını”nda qəzalar ABŞ-ın nəzarət etdiyi ərazidə baş verib -    Zaxarova
  29 Sentyabr 2022    Oxunub:1055
"“Şimal axını” qəzası ABŞ kəşfiyyat orqanlarının tam nəzarətində olan Danimarka və İsveçin xüsusi iqtisadi zonasında baş verib".
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Soloviev Live” kanalının efirində bildirib.

"Olayın harada baş verdiyi haqqında fəal şəkildə yayıldı ki, bunlar guya neytral sular idi.
Bu, Danimarka və İsveçin xüsusi iqtisadi zonasıdır. Bunlar NATO-mərkəzli ölkələrdir və Amerika silahları ilə doldurulur. Bu ölkələr tamamilə Amerika kəşfiyyat xidmətləri tərəfindən idarə olunur".

Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2” eyni vaxtda üç yerdən sızıb. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti