Rusiyada referendumla bağlı sazişlərin imzalanma tarixi açıqlandı

   Rusiyada referendumla bağlı sazişlərin imzalanma tarixi açıqlandı
  29 Sentyabr 2022    Oxunub:1059
Donbass, Xerson və Zaporojyenin Rusiyanın tərkibinə daxil olması haqqında müqavilələrin imzalanması mərasimi sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da baş tutacaq. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, sentyabrın 30-da Böyük Kreml sarayının Georgi zalında yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsinə dair sazişlərin imzalanması mərasimi keçiriləcək.

Onun sözlərinə görə, mərasimdə referendumun keçirildiyi bütün ərazilər Rusiyanın tərkibinə daxil ediləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti