Ərdoğanla Paşinyan Praqada görüşə bilər

   Ərdoğanla Paşinyan Praqada görüşə bilər
  29 Sentyabr 2022    Oxunub:731
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə bilər.
AzVision.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini, Türkiyə-Ermənistan normallaşma prosesində rəsmi İrəvanın nümayəndə heyətinin rəhbəri Ruben Rubenyan “Azadlıq radiosu”na müsahibəsində deyib.

O qeyd edib ki, bu görüş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə həsr olunacaq.
"İrəvanın bununla bağlı mövqeyində dəyişiklik yoxdur. Xüsusi nümayəndələrin növbəti görüşü sentyabrın 14-də keçirilməsinin nəzərdə tutulmuşdu. Lakin Azərbaycan və Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyə görə təxirə salınıb".

Rubenyan növbəti görüşün tarixinin hələ məlum olmadığını vurğulayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti