İraq İrana nota verib

   İraq İrana nota verib
  29 Sentyabr 2022    Oxunub:559
İranın Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadiq sentyabrın 29-da İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkənin şimal ərazilərinə zərbələrin qəbuledilməz olduğu çatdırılıb.
AzVision.az xəbər verir ki, Nazirlik İran qüvvələrinin İraqın suverenliyinə və ərazi bütövlüyünə davam edən hücumlarını pisləyib və cavab verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, İran silahlı qüvvələrinin zərbələri nəticəsində 9 nəfər həlak olub, 32 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti