158 mindən çox Peterburqlu xərçəngdən əziyyət çəkir

      158 mindən çox    Peterburqlu xərçəngdən əziyyət çəkir
  29 Sentyabr 2022    Oxunub:7046
Sankt-Peterburqda 158,237 min sakin onkoloji xəstəliklərlə bağlı qeydiyyatdadır. AzVision.az xəbər verir ki, bu barədə sentyabrın 29-da şəhər səhiyyə komitəsinin sədri Dmitri Lisovets məlumat yayıb.
Onun sözlərinə görə, ən çox döş xərçəngi müşahidə olunur ki, onların da sayı 36 mindir. Digər sırada dəri xərçəngi -15,2 min xəstə, kolon xərçəngi - 13,2 min xəstə, prostat vəzi xərçəngi - 13,1 min xəstə, uşaqlıq yolu xərçəngidir - 11,5 min xəstə.

“Qadınlar arasında xəstəliklərin aşkarlanması daha yüksəkdir. Çünki onlar diaqnostik prosedurlara daha çox meyllidirlər. Buna görə də, bədxassəli yenitörəmələr onlarda bir qayda olaraq, daha erkən mərhələlərdə aşkar edilir" - Lisovets qeyd edib.

2022-ci ildə Sankt-Peterburqda qeydiyyatda olan xərçəng xəstələri arasında qadınlar 59, kişilər isə 41% təşkil edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Xərçəng  





Xəbər lenti