Rusiyadakı İtaliya vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub

   Rusiyadakı İtaliya vətəndaşlarına ölkəni tərk etmək tövsiyə olunub
  29 Sentyabr 2022    Oxunub:731
İtaliyanın Moskvadakı səfirliyi ölkədə qalma zərurəti olmayan həmvətənlərinə Rusiyanı tərk etməyi tövsiyə edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda bildirilib.

“Beynəlxalq aləmdə baş verən son hadisələr və Rusiya ilə hava və yol əlaqəsi ilə bağlı artan çətinliklərlə əlaqədar buradakı həmvətənlərin qalma zərurəti yoxdursa, ölkəni tərk etmələri tövsiyə olunur", mətndə deyilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti