Kraliça II Elizabetin ölüm səbəbi bəlli oldu - qocalıq

   Kraliça II Elizabetin ölüm səbəbi bəlli oldu -    qocalıq
  29 Sentyabr 2022    Oxunub:1110
Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin rəsmi ölüm şəhadətnaməsi üzə çıxıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Telegraph” Şotlandiya Milli Arxivinə istinadən məlumat yayıb.

Şəhadətnamədə kraliçanın ölümünün səbəbinin “qocalıq” olduğu bildirilir. Sənəddə kraliça II Elizabetin sentyabrın 8-də saat 15:10-da Balmoral qəsrində 96 yaşında vəfat etdiyi qeyd edilib. Kraliçanın ölümünü qızı Şahzadə Anna Baş qeydiyyatçıya bildirib".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti