Səfərbərlikdən yayınan ruslar Avropa ölkələrinə keçə bilər

  Səfərbərlikdən yayınan ruslar Avropa ölkələrinə keçə bilər
  29 Sentyabr 2022    Oxunub:761
Avropa Komissiyası səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə qəbulu üçün təlimatlar hazırlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper mətbuat konfransında deyib:

"Hazırda biz üzv ölkələrin belə vəziyyətdə necə davranmaları barədə təlimat hazırlayırıq".

Avropa Komissiyasının nümayəndəsi sənəd barədə ətraflı məlumat verməyib. Təlimatın nə vaxt hazır olacağı da məlum deyil.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik olduğunu elan edib. Bundan sonra ölkədəki gənclərin kütləvi şəkildə xarici ölkələrə qaçışı barədə məlumatlar sosial şəbəkələrdə yayılmağa başlayıb.

sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə ehtiyat qoşunların səfərbər olunduğunu elan edib. Bundan sonra rus kişiləri kütləvi şəkildə xaricə qaçdılar.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti