"Səfərbərlikdə buraxılan səhvlər aradan qaldırılmalıdır" - Putin
Onun sözlərinə görə, çağırışın özünün təşkili, təchizatın keyfiyyəti, məişət şəraiti və digər məsələlərlə bağlı vətəndaşlardan şikayətlər var:
“Bütün səhvləri düzəltmək və gələcəkdə onlara yol verməmək lazımdır”, - deyən dövlət başçısı əlavə edib ki, səhvlər təlaşsız, sakit, lakin tez, ətraflı və hərtərəfli şəkildə düzəldilməlidir.
Prezident həmçinin bildirib ki, səfərbər olan vətəndaşlar əlavə təlim keçməlidirlər.
"Bu cür koordinasiya, insanların təlimi ciddi şəkildə yerinə yetirilməli olan tələbdir”.
Putin qismən səfərbərliyə cəlb edilən kateqoriyaları da açıqlayıb. O bildirib ki, ehtiyatda olan, təcrübəli və ən çox tələb olan hərbi ixtisaslar üzrə şəxslər səfərbərliklə çağrılır.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


