Rusların AI-yə birbaşa quru yolu bağlandı

   Rusların AI-yə birbaşa quru yolu bağlandı
  29 Sentyabr 2022    Oxunub:860
Rusiya ilə Aİ ölkələri arasında sərhədlər turistlər üçün bağlanıb.
Latviya, Litva, Estoniya və Polşanın ardınca Finlandiya da analoji addım atdı.

Finlandiyanın xarici işlər naziri Pekka Havisto sabahdan Rusiya-Finlandiya sərhədinin turist vizası sahiblərinin böyük əksəriyyəti üçün bağlandığını elan edib.

Son vaxtlara qədər sərbəst şəkildə Finlandiyaya daxil olan ruslar Helsinkinin beynəlxalq münasibətləri üçün təhlükə hesab olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti