Kabildə təhsil mərkəzində partlayış: 32 nəfər ölüb - YENİLƏNİB

   Kabildə təhsil mərkəzində partlayış:    32 nəfər ölüb -  YENİLƏNİB
  30 Sentyabr 2022    Oxunub:717
Əfqanıstanın Kabilin qərbində təhsil mərkəzində baş verən partlayış nəticəsində 32 nəfər ölüb, ən azı 40 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı radikal "Taliban" hərəkatının yaratdığı Əfqanıstanın müvəqqəti hökumətindəki mənbəyə istinadən məlumat verib.

***
Bu gün səhər Əfqanıstan paytaxtının qərb hissəsində partlayış baş verib.

AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Ariana News telekanalı mənbələrə istinadən məlumat yayıb.

İnsident Kabilin Daşti Barçi rayonundakı Kaj təhsil mərkəzində baş verib.

Əl-Cəzirə telekanalının məlumatına görə, partlayış nəticəsində azı 20 nəfər ölüb, 35 nəfər yaralanıb. Hökumətdəki mənbənin sözlərinə görə, partlayış kamikadze tərəfindən törədilib.

Daxili İşlər Nazirliyinin Taliban hökumətindəki nümayəndəsi Əbdül Nafi Tahora partlayışla bağlı məlumatı təsdiqləyib. Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti