Ukrayna limanlarından 5,5 milyon tondan çox məhsul ixrac edilib.

   Ukrayna limanlarından 5,5 milyon tondan çox məhsul ixrac edilib.
  30 Sentyabr 2022    Oxunub:428
“Taxıl dəhlizi” əməliyyatının aparıldığı təqribən iki ay ərzində artıq Ukrayna dəniz limanlarından 5,5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.
AzVision.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov deyib.

Söhbət yalnız "taxıl təşəbbüsü" çərçivəsində fəaliyyət göstərən üç limandan gedir. Ümumilikdə 250-yə yaxın ərzaqla dolu gəmi artıq Odessa vilayətinin limanlarını tərk edib, onlardan dördü Ümumdünya Ərzaq Proqramı çərçivəsində Afrikanın ən yoxsul ölkələrinə taxıl tədarük etmək üçün kirayələnib".

Nazirin sözlərinə görə, sentyabrda Ukrayna dəniz limanları vasitəsilə təxminən 4 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edib.

AzVision.az



Teqlər:





Xəbər lenti