Ölən erməni hərbçilərin sayı açıqlandı

   Ölən erməni hərbçilərin sayı açıqlandı
  30 Sentyabr 2022    Oxunub:832
Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı 201 erməni hərbçisi ölüb. Bu barədə məlumatı Sputnik Ermənistana ölkənin İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.
Qeyd edək ki, əvvəllər ölən və itkin düşənlərin sayı 207 idisə, sonra itkin düşmüşlər siyahısında olan bir neçə hərbçi sağ tapılıb.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti