Kanada Peskovun ailəsinə sanksiya təbiq etdi

   Kanada Peskovun ailəsinə sanksiya təbiq etdi
  30 Sentyabr 2022    Oxunub:414
Kanada hökuməti qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, habelə Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə Kanada hökumətinin saytında məlumat verilib.
Kanada sanksiyaları 43 Rusiya vətəndaşına aid edib. O cümlədən, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun ailə üzvləri, onun həyat yoldaşı Tatyana Navka, həmçinin övladları Yelizaveta və Nikolay da siyahıya daxil edilib.

Bundan əlavə, məhdudiyyətlər VEB.RF dövlət korporasiyasının sədri İqor Şuvalovun və Rostec-in rəhbəri Sergey Çemezovun ailə üzvlərinə də şamil edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:







Xəbər lenti