"Bolqarıstan Azərbaycandan qaz tədarükünün artırılmasını alqışlayır" - Baş nazir

   "Bolqarıstan Azərbaycandan qaz tədarükünün artırılmasını alqışlayır" -    Baş nazir
  01 Oktyabr 2022    Oxunub:410
Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) Bolqarıstan və onun tərəfdaşları üçün sərfəli qaz qiymətlərini təmin edəcək.
AzVision.az xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Qalab Donev Sofiyada keçirilən IGB-nin açılış mərasimində deyib.

"IGB-nin kommersiya istismarı bu gün başlayıb. Yeni qaz kəməri bütün daxili istehlakı ödəmək üçün kifayət qədər buraxılış qabiliyyətinə malikdir. Bundan əlavə, IGB Bolqarıstana təbii qazın tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edəcək ki, bu da ölkənin enerji təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

Q.Donev qeyd edib ki, Yunanıstan və Bolqarıstan üçün IGB təkcə kommersiya əməkdaşlığına dair saziş deyil, həm də məsuliyyət və həmrəyliyin sübutudur.

"İnterkonnektor təkcə Bolqarıstan üçün təbii qaz tədarükünün mənbələrini və marşrutlarını şaxələndirməyəcək, həm də təbii qazın Yunanıstandan Rumıniya, Moldova, Ukrayna və Mərkəzi Avropaya nəqlinə imkan verəcək. Bununla belə, IGB-nin potensialı Aleksandropolis yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalının gələn ilin sonuna gözlənilən istifadəyə verilməsi ilə daha da aydınlaşacaq ki, bu da beynəlxalq bazarda mayeləşdirilmiş təbii qazın müxtəlif tədarük mənbələrinə əlavə çıxışı təmin edəcək”, - baş nazir deyib.

O əlavə edib ki, IGB Aleksandropolis yaxınlığındakı mayeləşdirilmiş təbii qaz terminalı ilə birlikdə işləyəcək.

"Bu, Cənub Qaz Dəhlizinə keçid rolunu oynayacaq və Xəzər regionundan alternativ qaz tədarükünə çıxışı təmin edəcək. Bolqarıstan Aİ ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığına dair anlaşma memorandumunu və Azərbaycandan təbii qaz tədarükünün artırılması imkanlarını alqışlayır. Bu, "RePowerEurope" planının şaxələndirmə məqsədlərinə nail olmağa kömək edəcək və Avropaya bir tədarükçüdən həddən artıq asılılıqdan qurtulmağa kömək edəcək. Biz inanırıq ki, IGB Avropa İttifaqının enerji siyasətinin əsas məqsədlərinin həyata keçirilməsində öz layiqli rolunu oynayacaq”, Q.Radev vurğulayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti