LEN qasırğası 45 nəfərin canını aldı

 LEN  qasırğası 45 nəfərin canını aldı
  01 Oktyabr 2022    Oxunub:687
ABŞ-ın Florida ştatında “İen” qasırğası nəticəsində azı 45 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə CNN televiziyası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Li rayonunda 16 nəfər, Şarlotta rayonunda 12 nəfər, Kollier rayonunda 8 nəfər ölüb. Təbii fəlakət ştatda dağıntılara səbəb olub. Çoxlu sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.

Florida qubernatoru Ron Desantis bildirib ki, qasırğa ştata tarixi ziyan vurub və onun tam bərpası üçün illər lazım olacaq. Ştatda 1,2 milyondan çox istehlakçı işıqsız qalıb.

AzVision.az



Teqlər: ABŞ   Qasırğa  





Xəbər lenti