Almaniya Ukraynaya "hava-hava" raketləri verəcək

Almaniya Ukraynaya "hava-hava" raketləri verəcək
  01 Oktyabr 2022    Oxunub:338
Almaniyanın müdafiə naziri Kristina Lambrext Ukraynanın Odessa şəhərinə gizli səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə “Die Welt” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla görüşü zamanı almaniyalı nazir ölkəsinin “IRIS-T SLM” hava hücumundan müdafiə sistemlərini yaxın günlərdə Kiyevə çatdıracağına söz verib.

“Ukrayna indi inanılmaz dərəcədə çox sayda hava hücumu ilə üzləşir, buna görə də hava hücumundan müdafiəyə daha çox dəstək verməyimiz çox vacibdir", - Kristina Lambrext bildirib.

Almaniya Müdafiə Nazirliyi tviterdə Kristina Lambrextin Ukraynaya səfərini və Reznikovla görüşünü təsdiqləyib.

“IRIS-T SLM” hava hücumundan müdafiə sistemləri qısa mənzilli hava-hava tipli raketləri ilə təhciz edilir.

Raket, infraqırmızı görüntü axtaran başlığı sayəsində gecəgündüz və hər cür hava şəraitində işləyə bilir. Silah Almaniyanın rəhbərliyi altında 6 iştirakçı ölkənin əməkdaşlığı ilə ərsəyə gəlib.

AzVision.az

Teqlər: Almaniya   Ukrayna   Raket  







Xəbər lenti