“Şimal axını 2” boru kəmərində qaz sızması dayanıb

 “Şimal axını 2”  boru kəmərində qaz sızması dayanıb
  01 Oktyabr 2022    Oxunub:442
“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb
AzVision.az xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyi "Twitter" hesabında məlumat verib.

Açıqlamada bildirilib ki, “Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya uzanan boru kəmərində təzyiqin stabilləşdiyi barədə məlumat verilib.

Bildirilib ki, bu, kəmərdə sızmanın dayandığını göstərir.

Xatırladaq ki, Danimarka və İsveç sahillərində Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində üç sızma olduğu bildirilib və gəmilərin əraziyə yaxınlaşmaması ilə bağlı xəbərdarlıq edilib.

Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədli şəkildə törədildiyini açıqlayıb.

AzVision.az

Teqlər: Şimal-Axını-2   Qaz  







Xəbər lenti