Papa Rusiya və Ukraynaya müraciət edib

   Papa Rusiya və Ukraynaya müraciət edib
  02 Oktyabr 2022    Oxunub:593
Roma Papası Fransisk Rusiya və Ukraynanı münaqişəni dayandırmağa və sülh yolu ilə həll etməyə çağırıb.
Vatikanın Apostol Sarayının pəncərəsindən dindarlara ənənəvi bazar müraciəti başlamazdan əvvəl o, bəşəriyyətin yenidən nüvə təhlükəsi ilə üz-üzə olduğunu deyib.

“Silahlar sussun və güc yolu ilə deyil, razılaşdırılmış, ədalətli və sabit həll yollarına gətirib çıxara biləcək sülh danışıqlarına gəlmək üçün şərtlərin axtarışına başlanılsın.

Bu, həyatın müqəddəs dəyərinə, eləcə də hər bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə, həmçinin azlıqların hüquqlarına və qanuni maraqlarına hörmətə əsaslanacaq”, - Papa bildirib.

Papa bildirib ki, onun çağrısı Rusiya prezidentinə ünvanlanıb. Xahiş olunur ki, xalqına məhəbbətdən dolayı gərginliyin qarşısını alsın.

"Mən ümidlə Ukrayna prezidentinə ciddi sülh təkliflərinə açıq olmaq çağırışı ilə müraciət edirəm", - Papa Fransisk deyib.

Pontifik böhrana son qoymaq, dialoq təşəbbüslərini təşviq etmək və dəstəkləmək üçün bütün məsul siyasətçilərə müraciət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti