Zelenskinin ofisinin rəhbəri Bayraktarın rəhbərliyi ilə görüşüb

   Zelenskinin ofisinin rəhbəri Bayraktarın rəhbərliyi ilə görüşüb
  02 Oktyabr 2022    Oxunub:654
Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Türkiyəyə səfəri çərçivəsində “Bayraktar” hücum pilotsuz təyyarələri istehsal edən “Baykar” şirkətinin rəhbərliyi ilə görüşüb. AzVision.az bu barədə Zelenskinin ofisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermakın Türkiyə Respublikasına səfəri başlayıb.

O, “Bayraktar” pilotsuz uçan aparatları istehsal edən “Baykar” şirkətinin istehsalat obyektlərinə baş çəkib. Andrey Yermak şirkətin liderləri Haluk və Səlcuq Bayraktar ilə də görüşüb”, – Zelenskinin saytında deyilir.

Qeyd olunur ki, Yermak Zelenskinin adından şirkətin direktorlar şurasının rəhbəri və texniki direktoru Səlcuq Bayraktara III dərəcəli “Xidmətə görə” ordeni təqdim edib.

İddialara görə, tərəflər digər məsələlərlə yanaşı, Ukraynada PUA yığma zavodunun və Bayraktarın operatorları üçün təlim mərkəzinin yaradılmasını müzakirə ediblər.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti