Fransada tətil: neft emalı azalıb

      Fransada tətil:    neft emalı azalıb
  02 Oktyabr 2022    Oxunub:658
Fransanın neft emalı zavodlarında tətillər ölkənin emal gücünü yarıya endirib.
Fransanın ən böyük şəkər istehsalçısı Tereos da hasilatı azaltmağa məcbur olub.

Sənaye Həmkarlar İttifaqının məlumatına görə, Fransanın dizel və yanacaqdoldurma stansiyalarında yanacaq tükənir.

Sutkada 240.000 barrel neft emal edən Total Gonfreville-in zavodu, eləcə də "Exxon"un bir neçə zavodu sıradan çıxaran tətillərin cümə axşamı günü başa çatacağı gözlənilirdi.

Lakin cümə günü xəbərlər yayıldı ki, tətillər dörd gündür ki, ölkənin neft emalı gücünün 60%-ni təşkil edən Total-ın neft məhsullarının emalı və çatdırılmasını əngəlləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti