İsrail Türkiyəyə səfir təyinatını təsdiqlədi

   İsrail Türkiyəyə səfir təyinatını təsdiqlədi
  02 Oktyabr 2022    Oxunub:311
İsrail hökuməti İrit Lillianın ölkənin Türkiyədəki səfiri təyin edilməsinə razılıq verib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid bildirib.

"Nazirlər Kabineti bu gün İsrailin Türkiyədəki yeni səfiri İrit Lillianın təyinatını təsdiqləyib. Bu, İsrail və Türkiyə arasında bir ildir üzərində işlədiyimiz diplomatik əlaqələrin bərpası istiqamətində daha bir mühüm addımdır", - deyə Baş nazir vurğulayıb.

Y.Lapid qeyd edib ki, ötən həftə onun Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Hər iki lider öz administrasiyalarına iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxşılaşdırılması üçün çalışmağı tapşırıblar.

AzVision.az

Teqlər:







Xəbər lenti