Burkina-Fasonun prezidenti o olacaq

Burkina-Fasonun prezidenti o olacaq
  02 Oktyabr 2022    Oxunub:928
Kapitan İbrahim Traore Burkina-Fasoda dövlət işlərinə rəhbərlik edir və ölkənin yeni prezidenti kimi and içəcək.
AzVision.az xəbər verir ki, bu barədə bazar günü yerli "Burkina24" portalı məlumat yayıb.

Qeyd edək ki, Traorenin prezident andı içəcəyi tarix hələ açıqlanmayıb.

Xatırladaq ki, Burkina-Fasonun prezidenti vəzifəsi bazar günü günortadan sonra, iki gün əvvəl qiyamçı hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan dövlət başçısı, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba tutduğu postdan getməyə razılaşdıqdan sonra boş qalmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti