Britaniyanın Baş Nazirinin telefonu 10 dollara satılır

  Britaniyanın Baş Nazirinin telefonu 10 dollara satılır
  02 Oktyabr 2022    Oxunub:653
Böyük Britaniyanın baş naziri Liz Trassın şəxsi məlumatları internetə sızdırılıb. Bu barədə bazar günü RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, informasiya sızmasının səbəbkarları olan hakerlər Böyük Britaniyanın baş nazirinin mobil nömrələri ilə yanaşı, daha 25 hökumət üzvünün məlumatlarını şəbəkəyə sızdırıblar.

Məlumat hakerlərin qapalı saytında dərc edilib.

Orada müdafiə nazirinin, xarici işlər nazirinin və daxili işlər nazirinin nömrələri qeyd olunub. Hakerlər maraqlandıqları nömrələri istəyən hər kəsə 6,49 funta (təxminən 10 dollar) satırlar.

Böyük Britaniya hökuməti araşdırmaya başladığını elan edərək, dərc edilən məlumatların bəzilərinin köhnəldiyini qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti