Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb

   Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb
  02 Oktyabr 2022    Oxunub:563
Ukrayna donanmasının ilk korveti “Getman İvan Mazepa” İstanbulda suya buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya Teleqram hesabında məlumat verib.

“Bu gün Türkiyədə Ukraynanın ilk korvetini suya endirmək şərəfinə nail olduq. Ukraynaya xidmət edəcək gəmidə türk ürəyi döyünəcək” – deyə Zelenskaya vurğulayıb.

Ukrayna donanması üçün Ada sinifli 2 korvetin tikintisinə 2021-ci ildə başlanılıb. 140,7 milyon dollarlıq layihənin 2024-cü ildə tam başa çatması planlaşdırılır. Korvet gəmi əleyhinə bütün raketlər üçün uyğunlaşdırılıb.









AzVision.az


Teqlər:





Xəbər lenti