Zaporojye S-300-lərlə vuruldu

Zaporojye S-300-lərlə vuruldu
  03 Oktyabr 2022    Oxunub:573
Oktyabrın 3-ü səhər saatlarında Zaporojye raket atəşinə məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə Zaporojye rəsmisi Anatoli Kurtev məlumat verib.
"İlkin məlumatlara görə, düşmənin atəşi nəticəsində şəhərin infrastrukturu dağıdılıb. Təəssüf ki, qurbanlar da var. Bütün müvafiq strukturlar hadisə yerində işləyirlər. Daha ətraflı məlumat veriləcək", - mer deyib.

Zaporojyenin rəhbəri Oleksandr Starux isə bildirib ki, ruslar vilayət mərkəzini hədəf seçiblər. Onun sözlərinə görə, 10-a yaxın S-300 raketi atılıb.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı reabilitasiya mərkəzi tamamilə dağıdılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Raket  





Xəbər lenti