Türkiyədə mikroavtobus qəzası: 20-dən çox yaralı

   Türkiyədə mikroavtobus qəzası:    20-dən çox yaralı
  03 Oktyabr 2022    Oxunub:592
Türkiyənin Ərzincan vilayətində yol qəzası nəticəsində 21 nəfər yaralanıb.
Hadisə səhər saat 04:30 radələrində Qızıldağda Ərzincan-Sivas avtomobil yolunda baş verib.

Bursadan Tunceli şəhərinin Ovaçık rayonu istiqamətində hərəkətdə olan mikroavtobus Qızıldağ rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə yerində həkimlər tərəfindən tibbi yardım göstərilən zərərçəkənlər Ərzincan, Refahiyə və Sivas İmralı xəstəxanalarına göndərilib.

Mikroavtobusda olan şəxslərin dəfn mərasimi üçün Ovaçık rayonuna yollandığı məlum olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti