Ərdoğan Liviyaya yüksək səviyyəli nümayəndə heyəti göndərib

   Ərdoğan Liviyaya yüksək səviyyəli nümayəndə heyəti göndərib
  03 Oktyabr 2022    Oxunub:504
Yaxın vaxtlarda Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti Liviyaya rəsmi səfər edəcək. Bu barədə Anadolu agentliyinə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezident Administrasiyası yanında Kommunikasiya şöbəsinin müdiri Fəxrəddin Altun və Prezidentin mətbuat katibi İbrahim Kalın daxildir.

Nazirliyin bəyanatında qeyd olunur ki, səfər zamanı Liviyada siyasi keçid prosesinin müzakirəsi, həmçinin ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.

Gündəliyə hərbi təlimlər sahəsində əməkdaşlıq və regional məsələlər də daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti