Putinin nüvə silahından istifadə etməsi ehtimalı azdır - Ben Uolles

   Putinin nüvə silahından istifadə etməsi ehtimalı azdır -    Ben Uolles
  03 Oktyabr 2022    Oxunub:499
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə etmə ehtimalının çox az olduğunu deyib. Lakin Putinin məntiqsiz hərəkət etdiyini qeyd edib.
“Evening Standard”ın məlumatına görə, o, bunu Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının partiya konfransının iclaslarından birində deyib.

Putin ölkəsi təhlükə qarşısında qalacağı təqdirdə ixtiyarında olan bütün vasitələrdən istifadə edəcəyi ilə hədələyib. Onun hədələri ilhaq edilmiş ərazilərə Ukrayna ordusnun hücumlarına cavab olaraq taktiki nüvə silahından istifadə edə biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin Uolles nüvə zərbəsi ehtimalının aşağı olduğunu billdirib ki, nüvə silahından istifadə Rusiyanın hərbi doktrinasına daxil edilsə də, Moskvanın müttəfiqləri olan Hindistan və Çin üçün bu, qəbuledilməzdir.

Eyni zamanda, Uolles əlavə edib ki, Rusiya liderinin keçmiş hərəkətləri – Solsberidəki hücumdan tutmuş Ukraynaya müdaxiləyə qədər - “kifayət qədər irrasionaldır”.

Bildiyiniz kimi, Rusiya Federasiyasında qismən səfərbərlik elan edildikdən sonra Putin yenidən Qərb ölkələrini nüvə silahından istifadə etməklə hədələdi.

Qərb liderləri Putinin nüvə ritorikasını pisləyərək bunu təhlükəli eskalasiya və “qılınc zərbəsi” adlandırıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti